AFAD İdlibdə daşqın fəlakətindən əziyyət çəkənlərə humanitar yardım göndərib

AFAD Suriyanın İdlib çölündə nizamsız düşərgələrdə yaşayan və daşqın fəlakətindən əziyyət çəkənlərə Türkiyə Qızıl Aypara Cəmiyyəti vasitəsilə 180 çadır və humanitar yardım göndərib.

1550940
AFAD İdlibdə daşqın fəlakətindən əziyyət çəkənlərə humanitar yardım göndərib

Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Suriyanın İdlib çölündə nizamsız düşərgələrdə yaşayan və daşqın fəlakətindən əziyyət çəkənlərə Türkiyə Qızıl Aypara Cəmiyyəti vasitəsilə 180 çadır və humanitar yardım göndərib.

AFAD tərəfindən yayılan məlumata görə, 2019 dekabr-2020 mart tarixləri arasında Suriyada rejim qüvvələrinin hücumları nəticəsində İdlibin cənubundakı yaşayış məntəqələrindən Türkiyənin sərhədinə yaxın nöqtələrə sıx köç dalğasının yaşandığı xatırladılıb.

Təxminən bir milyon insanın bu bölgəyə köç etdiyini ifadə edilən açıqlamada bunlardan kirayə götürdükləri ərazilərdə infrastruktur olmadan və nizamsız şəkildə 50 ilə 100 ailəlik düşərgələr qurduqları vurğulanıb.

Açıqlamada İdlibin Harim bölgəsindəki nizamsız düşərgələrdə yaşayan insanların bu ay bölgədə təsirli olan leysan yağışlardan sonra baş verən daşqın fəlakətindən təsirləndiyi bildirilib və hadisədən dərhal sonra Hatay AFAD Müdirliyi tərəfindən Qızıl Aypara Cəmiyyəti vasitəsi ilə bölgəyə 180 çadır və humanitar yardım göndərildiyi qeyd edilib.



Әlaqәli Xәbәrlәr