Türkiyənin terrorla mübarizəsi davam edir

Son bir ayda ölkə daxilində və dövlət sərhədlərindən kənar bölgələrdə 75 terrorçu zərərsizləşdirilib.

1548610
Türkiyənin terrorla mübarizəsi davam edir

Son bir ayda ölkə daxilində və dövlət sərhədlərindən kənar bölgələrdə 75 terrorçu zərərsizləşdirilib.

 Milli Müdafiə Nazirliyinin məlumatına görə, son bir ayda ölkə daxilində və dövlət sərhədlərindən kənar bölgələrdə 9-u böyük, 36-sı orta miqyasda cəmi 45 əməliyyat həyata keçirilib. Nəticədə 75 terrorçu zərərsizləşdirilib.

Məlumatda həmçinin, Suriya əməliyyat sahələrində son bir ay ərzində 29-u terror təşkilatı mənsubu olmaqla 177 terrorçunun zərərsizləşdirildiyi qeyd edilib. 

Digər tərəfdən, Daxili İşlər Nazirliyinin açıqlamasında ""Yıldırım 16 Şəhid Meşələri" əməliyyatları çərçivəsində Bitlis vilayəti ərazilərində terror təşkilatı PKK-ya məxsus 1 ton 50 qram amunium nitrat ələ keçirildi" ifadələri yer alıb. 



Әlaqәli Xәbәrlәr