PKK/YPG mәnsubu 4 terrorçu zәrәrsizlәşdirilib, bir terrorçu tәslim olub

Suriyada ‘‘Fәrat qalxanı’’ әmәliyyatının keçirildiyi bölgәdә terror tәşkilatı PKK/YPG mәnsubu 4 terrorçu zәrәrsizlәşdirilib.

1545716
PKK/YPG mәnsubu 4 terrorçu zәrәrsizlәşdirilib, bir terrorçu tәslim olub

Suriyada ‘‘Fәrat qalxanı’’ әmәliyyatının keçirildiyi bölgәdә terror tәşkilatı PKK/YPG mәnsubu 4 terrorçu zәrәrsizlәşdirilib.

Milli Müdafiə Nazirliyinin verdiyi bәyanatda terrorçuların "Fərat qalxanı" bölgəsinə daxil olmağa cәhd etdiklәri bildirilib.

Bəyanatda "Dincliyi və təhlükəsizlik mühitini pozmaq üçün "Fərat qalxanı" bölgəsinə daxil olmağa cəhd edən 4 PKK/YPG terrorçusu qəhrəman komandonlarımızın uğurlu müdaxiləsi ilə zərərsizləşdirildi" mәlumatı yer alıb.

Digər tərəfdən, PKK-dan qaçan bir təşkilat üzvü təhlükəsizlik güclərinə təslim olub.

Daxili İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, Polis Baş İdarəsi tərəfindən Nazirliyin koordinasiyasında aparılan tәlqin fәaliyyәtlәri davam edir.

Bu çәrçivәdә PKK-dan qaçan təşkilatın bir üzvü təhlükəsizlik qüvvәlәrinә təslim olub. Təslim olan təşkilat üzvünün sonuncu dəfə Suriyada fəaliyyət göstərdiyi müəyyən edilib.

Beləliklə, tәlqin yolu ilə PKK-dan qaçaraq bu il Türkiyəyə təslim olanların sayı 231-ə yüksəlib.



Әlaqәli Xәbәrlәr