""İrini" əməliyyatı başladığı gündəndən şikəst bir əməliyyatdır", H.Akar

Hulusi Akar Şərqi Aralıq dənizində həyata keçirilən "İrini"əməliyyatının beynəlxalq hüququn möhkəm əsaslarına söykənmədiyini bildirib.

1533547
""İrini" əməliyyatı başladığı gündəndən şikəst bir əməliyyatdır", H.Akar

"Şərqi Aralıq dənizində həyata keçirilən "İrini"əməliyyatı beynəlxalq hüququn möhkəm əsaslarına söykənmir".
Bunu Milli Müdafiə naziri Hulusi Akar jurnalistlərin suallarını cavablandırarkən deyib.
Liviyaya dənizdən silah daşındığına nəzart etməyə istiqamətli "İrini" əməliyyatının başlanışından bəridir şikəst olaraq doğulduğunu vurğulayan Akar "(Bu əməliyyat) beynəlxalq hüququn möhkəm təməlinə söykənmir" deyib.
Akar Türk gəmisindəki qanunsuz axtarışlarla əlaqədar olaraq, "Təəssüf ki, müttəfiqlərimizin açıqlamaları həqiqəti tam əks etdirmir, bəzi faktlar təhrif olunur" deyə bildirib. 
Qeyd edək ki, humanitar yardım materialları daşıyan Türkiyə bayrağı altında olan "ROSELINA-A" gəmisi daşıdığı humanitar yardım materialları ilə İstanbuldan hərəkət edərək Liviyaya yola düşmüşdü.
Gəmi srağa gün gecə Yunanıstan Hərbi Donanmasından bir komandanın nəzarətində həyata keçirilən "İrini" əməliyyatında vəzifə icra edən bir alman freqatı tərəfindən Mora yarım adasının cənub- qərbində beynəlxalq hüquqa zidd olaraq dayandırılmışdı.
Gəminin sürətini azaldaraq, hərəkətinə mane olan əsgərlər Türkiyədən icazə almadan, bunun hüquqi olmadığı barədəki bütün çağırışlara əməl etməyərək göyərtədəki bütün konteynerləri açaraq axtarış aparmışdı.



Әlaqәli Xәbәrlәr