"Bundan sonra da qardaş Azərbaycanın haqlı mübarizəsini dəstəkləməyə davam edəcəyik", M. Çavuşoğlu

Mövlud Çavuşoğlu sülh prosesinin bütün tərəflərə fayda gətirəcəyinə əminliyini ifadə edib.

1533444
"Bundan sonra da qardaş Azərbaycanın haqlı mübarizəsini dəstəkləməyə davam edəcəyik", M. Çavuşoğlu

"9 noyabr gecəsi Rusiya, Azərbaycan və Ermənistan liderləri birgə bəyanatla atəşkəs rejimi elan etdilər. Sizlər də gördünüz, bəyanat Azərbaycan xalqı tərəfindən coşqu ilə qarşılandı”.

Bunu Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisində Nazirliyin büdcə müzakirələri zamanı çıxışında deyib.

Çavuşoğlu özünün də bu coşquya Bakıda şəxsən şahid olduğunu və üçtərəfli birgə bəyanatı dəstəklədiklərini vurğulayıb.

“Azərbaycanın haqlı olması və ərazi bütövlüyü bu bəyanatla bir daha təsdiq edildi. İkincisi, Azərbaycan təxminən 30 ildir işğal altında olan torpaqlarını geri alır. Torpaqların bir qismini əks-həmlə əməliyyatı ilə aldı, bir qismini isə razılaşma çərçivəsində geri alır. Üçüncüsü, işğal altındakı Azərbaycan torpaqlarından çıxmaq məcburiyyətində qalan qardaşlarımız evlərinə geri qayıda biləcək. Dördüncüsü, Naxçıvanla Azərbaycan arasında əlaqələr qurulacaq. Biz də Azərbaycanın tələbi əsasında bu atəşkəsin və anlaşmanın icra olunmasına nəzarət etmək məqsədilə meydanda olacağıq"- deyə Çavuşoğlu qeyd edib.

Sülh prosesinin bütün tərəflərə fayda gətirəcəyinə əminliyini ifadə edən nazir Mövlud Çavuşoğlu deyib: “Bölgədə sülh və inkişaf yolunun Türkiyədən keçdiyini bütün dünya bir daha gördü. Qardaş Azərbaycanın haqlı mübarizəsini bundan sonra da dəstəkləyəcəyik”.



Әlaqәli Xәbәrlәr