Türkiyә XİN: ‘‘Fәlәstin xalqının haqlı mübarizәsini müdafiә etmәyә davam edәcәk’’

Türkiyә Amerika Birlәşmiş Dövlәtlәri dövlәt katibi Mayk Pompeonun İordan çayının qәrb sahilindә inşa edilәn qeyri-qanuni yaşayış mәntәqәlәrini ziyarәt etmәsi ilә bağlı bәyanat verib.

1530909

Xarici İşlәr Nazirliyindәn verilәn bәyanatda ABŞ dövlәt katibi Mayk Pompeonun İsrailә etdiyi sәfәr çәrçivәsindә işğal altındakı İordan çayının qәrb sahilindәki qeyri qanuni yaşayış mәntәqәlәrinә  baş çәkmәsini   ‘‘yalnış  addım’’ adlandırıb.

Bәyanatda bu ifadәlәrә yer verilib: ‘‘Bu sәfәrin arxasında İsrailin işğal altındakı Fәlәstin torpaqlarındakı qeyri-qanuni hәrәkәtlәrini qanunilәşdirmәk mәqsәdi dayanır. Bu  birtərəfli addımlar İsrail-Fələstin münaqişəsinin hәllinә dair beynәlxalq parametrlәrә,  BMT qәtmnamәlәrinә  və Fələstin xalqının hüquq və azadlığına  xələl gətirməyəcək’’.

Bәyanatda hәmçinin vurğulanıb ki, Türkiyә Fәlәstin xalqının haqlı mübarizәsini müdafiә etmәyә davam edәcәk.
 
Әlaqәli Xәbәrlәr