M. Çavuşoğlu: "Efiopiyada qarşıdurmaların ortasında qalan vətəndaşlarımız ölkəyə gətiriləcəklər"

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Efiopiyanın Tigray bölgəsində qarşıdurmaların ortasında qalan Türkiyə vətəndaşlarının fəal səylər nəticəsində paytaxt Əddis-Əbəbəyə aparıldığını açıqlayıb.

1530331

Çavuşoğlu "Twitter" hesabından "Sahədə və masada güclü Türkiyə" etiketi ilə paylaşdığı mesajda Efiopiyanın Tigray bölgəsində  qarşıdurmaların ortasında qalan Türkiyə vətəndaşları ilə əlaqəli olaraq "Yaxın zamanda Türkiyədə ailələrinə qovuşduracağıq" ifadəsindən istifadə edib.
Nazir Çavuşoğlu məsələ ilə bağlı keçirdiyi telefon danışığında Türkiyənin daim vətəndaşların yanında olduğuru vurğulayıb. 
Qeyd edək ki, Tigray vilayətini idarə edən üsyançı Tigray Xalq Qurtuluş Cəbhəsi (TPLF) qüvvələri 3 noyabrda milli ordu birliklərinə hücum edib və Efiopiya Baş naziri Abiy Əhməd 4 noyabrda TPLF-yə qarşı hərbi əməliyyat keçirməyə qərar verdiklərini bildirib.

Әlaqәli Xәbәrlәr