Hami Aksoy Cpzef Borrelin Kıbrısla bağlı bəyanatına münasibət bildirib

Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin Kıbrısla bağlı bəyanatına münasibət bildirib.

1528526
Hami Aksoy Cpzef Borrelin Kıbrısla bağlı bəyanatına münasibət bildirib

Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin Kıbrısla bağlı açıqlamasına münasibət bildirib. 

Hami Aksoy deyib:"Kıbrıs məsələsinin tərəfləri bəllidir. Davamlı həll adanın ortaq sahibi olan iki icmanın iradəsi nəzərə alındığı zaman təmin olunacaq".

Hami Aksoy Cozzef Borrelin Qapalı Maraş və Kıbrıs məsələsi ilə bağlı verdiyi bəyanatlar Avropa İttifaqının adadakı həqiqətlərdən nə dərəcə uzaq olduğunun göstəricisi olduğunu bildirib. 

Hami Aksoy deyib:"Avropa İttifaqı Kıbrıs məsələsinin həll  edilməsi ilə əlaqədar göstərilən səylərə töhfə vermək istəyirsə Kıbrısdakı türk icmasının mövcudluğu ilə iradəsini nəzərə almalıdır və 2004-cü ildə verdiyi vədləri yerinə yetirməlidir". 



Әlaqәli Xәbәrlәr