Liviyadakı axtarış-xilasetmә әmәliyyatlarına TCG GEDİZ freqatı da qatılıb

Liviya sahillәrindәki  axtarış-xilasetmә әmәliyyatlarına TCG GEDİZ freqatı da qatılıb

1527570
Liviyadakı axtarış-xilasetmә әmәliyyatlarına TCG GEDİZ freqatı da qatılıb

 

Liviya sahillәrindә qaçqınları daşıyan 2 qayığın batması ilә әlaqәdar hәyata keçirilәn axtarış-xilasetmә әmәliyyatlarına TCG GEDİZ freqatı da qatılıb.

Homs vә Surman sahillәrindә baş verәn qәza nәticәsindә aralarında 6 aylıq bir körpәnin dә olduğu 100 nәfәr hәyatını itirib.

Bölgәyә ilk olaraq İspaniya qeyri-hökumәt tәşkilatı Open Arms cәlb olunub. Open Arms qaçqınları xilas etmәk üçün ciddi sәylәr göstәrib. Daha sonra isә bölgәyә TCG GEDİZ freqatı cәlb olunub.

Milli Müdafiә Nazirliyinin rәsmi internet sәhifәsindә verilәn mәlumatda  qeyd olunub ki, TCG GEDİZ freqatı Liviya sahillәrindә batan qayıqdakı qaçqınları xilas etmәk istiqamәtindә keçirilәn әmәliyyatlara qatılıb. Nazirlik axtarış-xilasetmә әmәliyyatları ilә bağlı videogörüntülәri dә paylaşıb.



Әlaqәli Xәbәrlәr