Hami Aksoy Yunanıstanın Şәrqi Aralıq dәnizi ilә bağlı bәyanatına münasibәt bildirib

Türkiyә Yunanıstanın Şәrqi Aralıq dәnizi ilә bağlı bәyanatına reaksiya göstәrib.

1526186
Hami Aksoy Yunanıstanın Şәrqi Aralıq dәnizi ilә bağlı bәyanatına münasibәt bildirib

 

Türkiyә Yunanıstanın Şәrqi Aralıq dәnizi ilә bağlı bәyanatına reaksiya göstәrib.

Xarici İşlәr Nazirliyinin sözçüsü Hami Aksoy Yunanıstan Xarici İşlәr Nazirliyinin Türkiyәnin Şәrqi Aralıq dәnizindәki seysmik fәaliyyәtlәri ilә bağlı verdiyi bәyanata münasibәt bildirib.

Yunanıstan Xarici İşlәr Nazirliyinin ‘‘Oruç Reis’’ gәmisinin Türkiyәnin Şәrqi Aralıq dәnizindәki dәnizdibi sahәsindә apardığı seysmik fәaliyyәtlәri ilә bağlı bir bәyanat da yayımladığını bildirәn Hami Aksoy deyib: ‘‘Bu bәyanatlar Yunanıstanın beynәlxalq hüquq normalarına zidd olan iddialarına әsaslanır vә bizim üçün bir әhәmiyyәt daşımır. Türkiyә Şәrqi Aralıq dәnizindә beynәlxalq hüquq normaları çәrçivәsindә hәm öz, hәm dә Şimali Kıbrıs Türk Cümhuriyyәtinin qanuni maraqlarını qәtiyyәtlә müdafiә etmәyә davam edәcәk. Yunanıstan bölgәdәki problemlәri hәll etmәk istәdiyi ilә bağlı yayımladığı bәyanatlarında sәmimidrsә qeyd-şәrtsiz dialoqla bağlı çağırışlarımıza müsbәt cavab vermәlidir’’.





 



Әlaqәli Xәbәrlәr