Türkiyə və Rusiya Qarabağda atəşkəsə nəzarət edəcəklər

Prezident Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ mövzusunda daimi sülhlə bağlı əldə olunan razılaşmanın doğru bir addım olduğunu bildirib.

1525498
Türkiyə və Rusiya Qarabağda atəşkəsə nəzarət edəcəklər

Dağlıq Qarabağ mövzusunda daimi sülhlə bağlı əldə olunan razılaşma doğru bir addım olmuşdur.

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı deyib.

Ölkə başçıları telefon söhbətində Türkiyə-Rusiya münasibətləri, Dağlıq Qarabağ və Suriya başda olmaqla regional məsələləri müzakirə ediblər.

Türkiyə və Rusiyanın birgə cəhdləri nəticəsində ədalətli və daimi sülh üçün regionda sabitliyə nail olunması istiqamətində önəmli fürsəti qaçırmamağın vacibliyini ifadə edən Prezident Ərdoğan deyib ki, Ermənistanın atəşkəsin icrasına dair götürdüyü öhdəliyin ortaq razılaşma əsasında rəsmiləşdirilməsi də mühüm məsələdir.

Ərdoğan deyib ki, Ermənistan işğalından azad olunan Azərbaycan ərazisində Türkiyənin də iştirakı ilə yaradılacaq və Birgə Monitorinq Mərkəzində atəşkəsə əməl olunması üçün müşahidə və izləmə fəaliyyətində Rusiyanın üzərinə xüsusi bir məsuliyyət düşür. 

Ərdoğan Ermənistanın işğalı səbəbindən torpaqlarını tərk edən azərbaycanlıların vətənə qayıtmasının və Azərbaycanla Naxçıvan arasında dəhliz açmağın vacibliyini də dilə gətirib.

Dağlıq Qarabağ münaqişəsinin regionda yaratdığı qarşıdurma və böhranın qarşısının alınmasında Türkiyə-Rusiya əməkdaşlığının vacibliyini qeyd edən dövlət başçısı eyni mexanizmin Suriyada da tətbiqinin mümkünlüyünü dilə gətirib.



Әlaqәli Xәbәrlәr