Mövlud Çavuşoğlu: ‘‘Qəhrəman Azərbaycan Ordusu ilə fəxr edirik’’

Mövlud Çavuşoğlu bildirib ki, hər zaman can Azərbaycanın yanında olduğumuzu söylədik.

1526091
Mövlud Çavuşoğlu: ‘‘Qəhrəman Azərbaycan Ordusu ilə fəxr edirik’’

 

Mövlud Çavuşoğlu bildirib ki, hər zaman can Azərbaycanın yanında olduğumuzu söylədik. Amma bu, sadəcə, sözlə deyil. Azərbaycanın hər bir platformada bizə dəstək verdiyi kimi, biz də can Azərbaycana dəstəyimizi göstərdik.

Bu sözlәri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ağacəkmə mərasimində bildirib. Mәrasimdә çıxış edәn Mövlud Çavuşoğlu deyib: ‘‘Qalan torpaqlar təqdim edilmiş cədvəl əsasında Azərbaycana geri qaytarılacaq. Ondan sonrakı dönəmdə həmin torpaqlar canlanacaq. “Bundan sonra da biz qardaş Azərbaycanın yanında olacağıq. Azərbaycanla, qəhrəman Azərbaycan Ordusu ilə fəxr edirik, qürur duyuruq. Türkün gücünü bütün dünyaya göstərdi, türkün güvəni özünə qayıtdı. Buna görə də qürur duyur və fəxr edirik”.



Әlaqәli Xәbәrlәr