R.T.Әrdoğan Azərbaycanın qazandığı parlaq qələbə münasibətilə İ.Әliyevi tәbrik edib

Bu barәdә Azәrbaycan Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

1525235
R.T.Әrdoğan Azərbaycanın qazandığı parlaq qələbə münasibətilə İ.Әliyevi tәbrik edib


Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Azәrbaycan prezidenti İlham Әliyevi Dağlıq Qarabağda әldә edilәn zәfәr münasibәtilә tәbrik edib.

Bu barәdә Azәrbaycan Prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

Dövlət başçıları Qarabağ müharibəsində Azərbaycanın qazandığı parlaq qələbə münasibətilə bir-birini təbrik ediblər. Prezident İlham Əliyev müharibə dövründə Türkiyə Prezidenti və Türkiyə xalqının Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirib.

Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinin ölkəsinin dəstəyinə verdiyi yüksək qiymətə görə təşəkkür edib.

Azərbaycan və Türkiyə prezidentləri iki  dost və qardaş ölkənin  və xalqın bundan sonra da bir-birinin yanında olacağını bildiriblər.

Telefon söhbəti zamanı atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya sülhməramlı mərkəzinin yaradılması yüksək qiymətləndirilib, bu mərkəzin regionda uzunmüddətli sülhün təmin edilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.


 



Әlaqәli Xәbәrlәr