"Kıbrıs Türkü artıq sadəcə danışıqlar aparmaq üçün masaya oturmayacaq", M. Çavuşoğlu

Xarici İşlər naziri Mövlud Çavuşoğlu təşkil edilən 12-ci Səfirlər Konfransında Kıbrıs Türkünün artıq sadəcə danışıqlar aparmaq üçün masaya oturmayacağını bildirib.

1525306
"Kıbrıs Türkü artıq sadəcə danışıqlar aparmaq üçün masaya oturmayacaq", M. Çavuşoğlu

Kıbrıs Türkü artıq sadəcə danışıqlar aparmaq üçün masaya oturmayacaq.
Bunu Xarici İşlər naziri Mövlud Çavuşoğlu təşkil edilən 12-ci Səfirlər Konfransında etdiyi çıxışda deyib.
Çavuşoğlu çıxışında Kıbrıs məsələsilə bağlı danışıqlara toxunaraq, "Kıbrıslı Türklər artıq yalnız danışıqlar aparmaq üçün masaya oturmayacaqlar. Son (prezident) seçkilərində (Ersin Tatarı seçərək) açıq şəkildə mesaj verdilər" deyib.
Nazir Çavuşoğlu Şərqi Aralıq dənizindəki karbohidrogen axtarış işləri ilə əlaqədar olaraq, "(Şərqi Aralıq dənizi) Türkiyənin haqqı olan təbii sərvətlərdən imtina etməsini heç kəs gözləməsin. Bizi bu prosesdən kənarda qoyacaq hər hansı təşəbbüsün uğurla olma şansı yoxdur" deyə vurğulayıb.  



Әlaqәli Xәbәrlәr