Mövlud Çavuşoğlu kosovolu vә serbiyalı nazirlәrlә görüşüb

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Kosovo Baş nazirinin birinci müavini Besnik Tahiri vә Serbiyanın xarici işlәr naziri Nikola Selakoviçlә ayrı-ayrılıqda görüşüb.

1522708

Mәlumata görә, Mövlud Çavuşoğlu bugün Antalyada tәşkil edilәcәk Cәnub-Şәrq Avropa Әmәkdaşlıq Prosesinin xarici işlәr nazirlәri sәviyyәsindәki qeyri-rәsmi iclasına qatılmaq üçün şәhәrә gәlәn Kosovo Baş nazirinin birinci müavini Besnik Tahiri vә Serbiyanın xarici işlәr naziri Nikola Selakoviçlә bir araya gәlib.

Bu barәdә Mövlud Çavuşoğlu rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edib.

Mövlud Çavuşoğlu deyib: ‘‘Kosova Baş nazirinin birinci müavini ilә keçirdiyimiz görüşdә ikitәrәfli vә regional mövzuları müzakirә etdik. Qardaş Kosovo xalqının hisslәrini bölüşürük. Kosovoya olan dәstәyimizi davam etdirәcәyik’’.
Xaatırladaq ki, Kosova prezidenti Haşim Taçi dünәn istefa verdiyini açıqlamışdı.
Serbiyalı hәmkarı ilә bağlı keçirdiyi görüşlә әlaqәdar da paylaşım edәn Mövlud Çavuşoğlu bildirib ki, görüşdә III Yüksәk Sәviyyәli Әmәkdaşlıq Şurasının iclası ilә bağlı hazırlıqları müzakirә etdik. İqtisadiyyat, nәqliyyat vә tәhsil sahәlәrindә әmәkdaşlığımızı inkişaf etdirәcәyik.

Әlaqәli Xәbәrlәr