"Avropada artan ksenofobiya, irqçilik və İslamofobiya Aİ-nin dəyərlərinə zərər verir", M. Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Avropada artan populizm, irqçilik və islamafobiya kimi cərəyanların Avropa İttifaqının (Aİ) təmsil etdiyi dəyərləri aşındırdığını bildirib.

1523143

Çavuşoğlu Antalyada sədrlik etdiyi Cənub Şərqi Avropa Əməkdaşlıq Prosesi Qeyri-rəsmi Xarici İşlər Nazirləri Toplantısının açılış nitqini söyləyib.

Aİ inteqrasiya prosesini, xüsusilə 1990-cı illər və 2000-ci illərin əvvəllərində bir çox region ölkəsi üçün dəyişiklik və inkişafın qabaqcılı olduğuna diqqət çəkən Çavuşoğlu Aİ ilə bir çox sahədə inteqrasiyanı təmin etmiş ölkə kimi Türkiyənin Aİ-nin qurulduğu gündəki ideallarına uyğun formada uğurlu olmasını, ayrı-seçkilik yaradan deyil, inteqrativ olmasını arzuladığını vurğulayıb.

Çavuşoğlu “Sonradan (daha sonra) Avropa miqyasında artan populizm, ksenofobiya, irqçilik və İslamofobiya kimi cərəyanlar, şəxsən Aİ-nin təmsil etdiyi dəyərləri aşındırdı” ifadəsini səsləndirib.

Әlaqәli Xәbәrlәr