Şırnak şəhərində 3 terrorçu təslim olub

Daxili İşlər Nazirliyi 21 ildir terror təşkilatında olan terrorçu da daxil olmaqla aralarında 3 PKK üzvünün Şırnak şəhərində təlqinlə təslim olduğunu bildirib.

1521550
Şırnak şəhərində 3 terrorçu təslim olub

Daxili İşlər Nazirliyi 21 ildir terror təşkilatında olan terrorçu da daxil olmaqla aralarında 3 PKK üzvünün Şırnak şəhərində təlqinlə təslim olduğunu bildirib.
Nazirliyin verdiyi açıqlamada terror təşkilatından qaçışın davam etdiyi diqqətə çatdırılıb.
Açıqlamada "Daxili İşlər Nasirliyinin koordinatorluğunda Polis İdarəsi və Jandarma Komandanlığı tərəfindən aparılan təlqin səyləri nəticəsində 1999, 2007 və 2009-cu illərdə terror təşkilatı PKK/KCK-ya qoşulan 3 terrorçu Şırnakdakı təhlükəsizlik qüvvələrinə təslim oldu" ifadələri yer alıb.

Təhlükəsizlik Qüvvələrinin telqin səyləri nəticəsində YPG/PKK-nın bir terrorçusu da Suriya sərhədində Mardin şəhərinin Nusaybin qəsəbəsində təslim olub. 



Әlaqәli Xәbәrlәr