Mövlud Çavuşoğlu: "Başqalarının müqəddəs dəyərlərini təhqir etmək ifadə azadlığı hesab oluna bilməz"

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropa Şurası Nazirlər Komitəsinin 130-cu iclasına video format ilə qatılıb.

1521807
Mövlud Çavuşoğlu: "Başqalarının müqəddəs dəyərlərini təhqir etmək ifadə azadlığı hesab oluna bilməz"

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropa Şurası Nazirlər Komitəsinin 130-cu iclasına video format ilə qatılıb.

Çavuşoğlu iclasda etdiyi çıxışda deyib ki, bəzi siyasi fiqurlar daha əvvəl olduğu kimi səhv nəticələrə gəlirlər. Terrorun dili, şəxsiyyəti və irqi yoxdur. Heç bir zorakılıq yaxud da bir insanın həyatına son qoyulmasını qanuni hala gətirməz.

Onun sözlərinə görə, başqalarının müqəddəs dəyərlərini təhqir etmək ifadə azadlığı hesab oluna bilməz.

“Terrorun hər növünü qınayırıq və hamıdan eyni münasibəti gözləyirik”, - deyə XİN başçısı vurğulayıb.

"Avropada birlikdə yaşamaq mədəniyyətimizi yenidən kəşf etməliyik. Avropa Şurası bu sahədə aparıcı rol oynamalıdır. Avropa Şurasının antisemitizm və müsəlman əleyhinə nifrət cinayətlərinə qarşı mübarizə üzrə Xüsusi Nümayəndə təyin olunmasını alqışlayırıq. Avropa Şurasının İrqçilik və Dözümsüzlük əleyhinə Komissiyanın (ECRI) işinin də bu tendensiyanın əks istiqamətə aparılmasına  kömək edəcəyini ümid edirəm" deyə Çavuşoğlu qeyd edib.

Çavuşoğlu onu da deyib ki, Azərbaycanın ərazi bütövlüyü hər kəs tərəfindən qeyd-şərtsiz dəstəklənməlidir.



Әlaqәli Xәbәrlәr