Türkiyə Böyük Millət Məclisi Makronu lənətlədi

TBMM-nin ümumi iclasında Məclis Sədrliyinin Fransa Prezidenti Emmanuel Makronun İslam əleyhinə açıqlamalarının lənətlənməsinə dair sənəd qəbul edilib.

1517094
Türkiyə Böyük Millət Məclisi Makronu lənətlədi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) ümumi iclasında Məclis Sədrliyinin Fransa Prezidenti Emmanuel Makronun İslam əleyhinə açıqlamalarının lənətlənməsinə dair sənəd qəbul edilib.
Makronun İslam əleyhinə mövqeyinə qarşı hər kəsin sağlam düşüncəyə dəvət edildiyi sənəddə qeyd edilib ki, Türkiyə TBMM-də təmsil olunan siyasi partiyaların nümayəndələri olaraq Fransa Prezidenti Emmanuel Makronun İslama, müqəddəs peyğəmbəri Məhəmməd peyğəmbərə və Müsəlmanlara yönəldilmiş təhrik edici, hörmətsiz və təhlükəli sözlərini sərt dillə lənətləyir, dünyanın sağlam düşüncəli ictimai rəy liderlərini, siyasi xadimlərini, mütəfəkkirlərini, sənətçilərini və ictimaiyyətin müəyyən qruplarını bu çirkin mövqelər qarşısında məntiqdən və sülhdən tərəf mövqe ortaya qoymağa dəvət edirik. Ciddi şəkildə diqqət yetirilməsi lazım olan məqam demokratiya, insan hüquqları, qanunun aliliyi və plüralizmin ritorikasının irqçiliyə və antiislamizmə çevrilməsinə səbəb olan zəhərli ifadələrin tək nümunə olmaqdan çıxıb, dövlət başçıları və bəzi siyasətçilər vasitəsi ilə legitimlik və yayğınlaşma qazanmasıdır".



Әlaqәli Xәbәrlәr