Hatayda terror hücumunun qarşısı alınıb

Şәhәrin İskәndәrun qәsәbәsindә  polis tәrәfindәn müәyyәnlәşdirilәn 2 terrorçu qaçmağa başlayıb.

1516390
Hatayda terror hücumunun qarşısı alınıb

 

Türkiyәnin  Hatay şәhәrindә terror hücumunun qarşısı alınıb.

Şәhәrin İskәndәrun qәsәbәsindә  polis tәrәfindәn müәyyәnlәşdirilәn 2 terrorçu qaçmağa başlayıb.

Terrorçulardan biri idarә erdiyi  avtomobildә özünü partladıb.Digәr terrorçunun isә olaydan sonra hәyata keçirilәn uğurlu әmәliyyat nәticәsindә saxlanıldığı bildirilib.

Hatay valisi Rahmi Doğan terrorçuların   Suriyadan Amanos dağlarından Türkiyəyə gəldiklәrini vә hamısının zәrәsizlәşdirildiyini qeyd edib.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan hadisә ilә bağlı deyib: ‘‘Hatayda hәyata keçirdiklәri  uğurlu әmәliyyat sәbәbindәn qәhraman tәhlükәsizlik qüvvәlәrimizi tәbrik edirәm’’.

Rәsmi ‘‘Twitter’’ sәhifәsindә hadisә ilә bağlı paylaşım edәn Әtdoğan vurğulayıb ki, Türkiyә artıq bu növ hücumlarla istiqamәtlәndirilәn bir ölkә deyil.



Әlaqәli Xәbәrlәr