Fuad Oqtay Vildersə reaksiya verib

Prezidentin köməkçisi Fuad Oqtay Hollandiyada ultra sağçı Azadlıq Partiyasının başçısı Geert Vildersin prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alaraq karikatura paylaşmasına reaksiya verib.

1515854

Oqtay "Twitter" hesabında etdiyi paylaşmada hər gün Avropanın müxtəlif guşəsindən gələn yeni bir İslam yaxud da Türkiyə əleyhinə 
 mənasız hərəkətlərlə qarşılaqdıqlarını bildirib.
Dırnaqarası 'Azadlıq Partiyası' lideri Vildersın paylaşdığı hədsiz şəklin isə bunun sərhədi keçən son nümunəsi olduğunu vurğulayan Oqtay deyib:
"Təşkilatlanmış İslam ələyhinə hərəkətlərdən qidalanan və bütün siyasətini "Ərdoğana düşmənçilik "üzərində quran bu insanların Avropada qərar qəbul etmə mexanizmlərində olması ayıbdır. Avropa dəyərləri bu biabırçılıqda daha çox olmamalı, onları hücrələrindən çıxarmalıdırlar" ifadələrdən istifadə edib.

Әlaqәli Xәbәrlәr