Fuad Oqtay: ‘‘Bunun adı şərəfsizlik, qorxaqlıq, haqq-hüquq tanımamazlıqdır’’

Türkiyә prezidentinin kömәkçisi Fuad Oqtay Ermәnistan ordusunun Azәrbaycanın Gәncә şәhәrinә etdiyi hücumla bağlı deyib: ‘‘Bunun adı şərəfsizlik, qorxaqlıq, haqq-hüquq tanımamazlıqdır’’.

1510667
Fuad Oqtay: ‘‘Bunun adı şərəfsizlik, qorxaqlıq, haqq-hüquq tanımamazlıqdır’’

 

Türkiyә prezidentinin kömәkçisi Fuad Oqtay Ermәnistan ordusunun Azәrbaycanın Gәncә şәhәrinә etdiyi hücumla bağlı deyib: ‘‘Bunun adı şərəfsizlik, qorxaqlıq, haqq-hüquq tanımamazlıqdır’’.

Rәsmi ‘‘Twitter’’ sәhifәsindә mәsәlә ilә bağlı paylaşım edәn Fuad Oqtay Ermәnistanın Gәncә şәhәrinә etdiyi hücuma sәrt reaksiya göstәrәrәk deyib: ‘‘Hәrbi cinayyәt törәdәn terrorçu vә işğalçı dövlәt Ermәnistan Gәncәdә yenә günahsız insanları hәdәf aldı vә çirkin simasını bir daha göstәrdi. Bunun adı şərəfsizlik, qorxaqlıq, haqq-hüquq tanımamazlıqdır. Heç bir hәrbi cinayәt cәzasız qalmaz. Can Azәrbaycanın daha da güclü şәkildә yanında olmağa davam edәcәyik’’

Prezident Aparatının sözçüsü İbrahim Kalın Ermәnistanın mülki vәtәndaşlara qarşı hücumu ilә bağlı deyib: ‘‘Bu qәtliam cavabsız qalmayacaq’’. Rәsmi ‘‘Twitter’’ sәhifәsindә mәsәlә ilә bağlı paylaşım edәn İbrahim Kalın bildrib ki, Ermәnistan elan edilәn atәşkәsә baxmayaraq hәrbi cinayәt törәdir. Bu qәtliama layiqincә cavab verilәcәk. Türkiyә sonunadәk Azәrbaycanın yanındadır.

Әdalәt vә İnkişaf Partiyasının sözçüsü Ömәr Çelik dә Ermәnistanın hücumunu lәnәtlәyәrәk deyib ki, bu hücuma liayiqincә cavab verilәcәk.Can Azәrbaycanın yanındayıq.Ermәnistanın bu xain hücumunu lәnәtlәyirik. Ermәnistan bir quldur dövlәti olaraq mülki vәtәndaşlara hücum edir. Xainlәr vә onları dәstәklәyәnlәr beynәlxalq hüquq normalarını pozurlar. Gәncәdә törәdilәnlәr hәrbi cinayәtdir.

Cumhuriyyәt Xalq Partiyasının sәdri Kemal Kılıçdaroğlu da Ermәnistan ordusunun Azәrbaycanın Gәncә vә Mingәçevir şәhәrlәrinә tәşkil etdiyi hücumu şiddәtlә qınayıb.

Rәsmi ‘‘Twitter’’ sәhifәsindә paylaşım edәn Kemal Kılıçdaroğlu deyib: ‘‘Azәrbaycanın Gәncә vә Mingәçevir şәhәrlәrinә hücum edәrәk hәrbi cinayәt törәdәn Ermәnistanı şiddәtlә qınayırıq. Haqlı mübarizәlәrindә qardaş Azәrbaycan xalqının yanında olduğumuzu bir daha tәkrarlayırıq’’.

 



Әlaqәli Xәbәrlәr