Türkiyə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına reaksiya göstərdi

Türkiyə Avropa İnsan Hüquqları Məhkəməsinin ehtiyat tədbiri qərarına reaksiya verib.

1504486
Türkiyə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına reaksiya göstərdi

Türkiyə Avropa İnsan Hüquqları Məhkəməsinin ehtiyat tədbiri qərarına reaksiya verib.

Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Məhkəmənin ehtiyat tədbirinə dair qərarı ilə bağlı suala yazılı cavab verib.
Aksoy deyib ki,  Ermənistanın Azərbaycana hücumları çərçivəsində ölkəmiz əleyhinə ehtiyat tədbiri qəbul edilməsinə dair müraciəti barədə qəbul etdiyi qərar tamamilə əsassızdır. Ermənistanın əsassız iddialarını dəstəkləmək məqsədilə təqdim etdiyi sosial şəbəkə paylaşımları ilə mətbuat məlumatlarına əsaslanaraq və heç bir şəkildə Türkiyə hökumətinin rəyinə müraciət etmədən qəbul etdiyi qərarla Məhkəmənin inandırıcılığına və etibarına zərbə endirmişdir. Məhkəmə toqquşmalarda birbaşa və ya vasitəli olaraq daxil olan tərəflərə və bu çərçivədə Türkiyəyə müraciət edərkən, siyasi zəmindən uzaqlaşaraq siyasi motivlərlə hərəkət etmiş və sahədəki reallıqdan uzaq olduğunu göstərmişdir. Məhkəmə, təəssüf ki, məlum dairlərin qanuni sui-istifadə cəhdlərində vasitə .olmuş, tarixində insan haqlarındakı nüfuzuna xələl gətirmişdir.



Әlaqәli Xәbәrlәr