Prezident Rəcəb Tayyib Ərdoğan Küveytdən Qətərə keçib

Prezident Rəcəb Tayyib Ərdoğan keçən həftə Küveyt Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatı ilə əlaqədar bu ölkəyə başsağlığı ziyarəti reallaşdırıb.

1504614

Prezident  Rəcəb Tayyib Ərdoğan, xüsusi təyyarə "TUR" ilə Türkiyə vaxtı ilə saatı 12:15-də Küveytə enib.
Prezident Ərdoğan Küveyt Əmirlik Hava Limanında bu ölkənin Əmiri Şeyx Nevvaf əl-Əhməd əl-Cabir əs-Sabah, Küveyt, Əmirlik Divanı naziri Şeyx Əli Cərrah əs-Sabah, Küveyt Əmirlik Protokolu direktoru Xalid Əl-Abdullah Əl-Sabah, Türkiyənin Küveyt səfiri Ayşe Hilal Sayan Koytak və digər rəsmi şəxslər qarşılayıblar. 
Keçən həftə Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatından sonra vəzifəyə gələn Küveyt Əmiri Şeyx Nevvaf əl-Əhməd əl-Cabir əs-Sabah ilə görüş keçirən Ərdoğan başsağlığı verib.
Prezident Ərdoğan daha sonra Qətərə getmək üçün Küveytdən ayrılıb.

Әlaqәli Xәbәrlәr