Prezident Rəcəb Tayyib Ərdoğan Küveyt və Qətərə səfər edəcək

Prezident Rəcəb Tayyib Ərdoğan Küveyt və Qətərə getmək üçün paytaxt Ankaradan yola düşüb.

1504118
Prezident Rəcəb Tayyib Ərdoğan Küveyt və Qətərə səfər edəcək

Prezident Rəcəb Tayyib Ərdoğan Küveyt və Qətərə getmək üçün paytaxt Ankaradan yola düşüb.
Prezident Aparatı Mətbuat Xidmətinin məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan Küveytə səfəri çərçivəsində mərhum Küveyt Əmiri Şeyx Sabahdan sonra vəzifəni təhvil alan Küveyt Əmiri Şeyx Nevvaf əl-Əhməd əl-Cabir əs-Sabah ilə görüş keçirəcək.
Görüşdə ikitərəfli münasibətlərin bütün aspektləri müzakirə ediləcək və regional məsələlər barədə fikir mübadiləsi aparılacaq.
Prezident Ərdoğan, daha sonra səyahət edəcəyi Qətərdə Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Tani ilə görüşəcək.
Rəcəb Tayyib Ərdoğan və Al Taninin iki ölkə arasındakı mövcud əməkdaşlığın gələcəkdəki inkişaf imkanlarını qiymətləndirəcəyi və regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr