Mövlud Çavuşoğlu İtaliyanın "Nova" xəbər agentliyinə açıqlama verib

Mövlud Çavuşoğlu Avropa İttifaqı (Aİ) liderlər zirvəsindən Türkiyə-Aİ əlaqələrinə dair müsbət addımlar atılmasına amil olacaq nəticələr çıxmadığını bildirib.

1504123
Mövlud Çavuşoğlu İtaliyanın "Nova" xəbər agentliyinə açıqlama verib

Xarici İşlər naziri Mövlud Çavuşoğlu ayın əvvəlində keçirilən Avropa İttifaqı (Aİ) liderlər zirvəsindən Türkiyə-Aİ əlaqələrinə dair müsbət addımlar atılmasına amil olacaq nəticələr çıxmadığını bildirib.
Nazir Çavuşoğlu İtaliyanın "Nova" xəbər agentliyinə iki ölkə arasındakı münasibətlər, regional və beynəlxalqmövzulara dair bəyanat verib. Çavuşoğlu Türkiyə-Aİ əlaqələri, Aİ-nin sanksiya tətbiq etmə ehtimalı və Ankaranın buna qarşılıqlı olma prinsipi ilə cavab vermə ehtimalına dair suallara cavabında dayeb ki, biz bu Avropa Şurasının Aİ-Türkiyə dialoqunda müsbət addımlar atılacağı ilə bağlı nəticəyər çıxacağına ümid edirdik. Ancaq Şura gözlənilən nəticəni vermədi. Onlar obyektiv olmaqdan uzaq idilər və laqeyd yanaşmalar oldu. Elə bil İttifaq daxilindəki həmrəyliyi, beynəlxalq hüquq və bərabərliyin önünə qoymaq üçün hazırlıq görüblər. Buna görə də Aİ Yunanıstan və Kıbrıslı Rumlar tərəfindən bir daha girov götürüldü.



Әlaqәli Xәbәrlәr