Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (5 oktyabr)

Türkiyənin yeni növ koronavirus (Covid-19) ilə mübarizəsində son 24 saatda 57 ölüm faktı qeydə alınıb.

1503241
Türkiyədə "Covid-19"la bağlı son vəziyyət (5 oktyabr)

Türkiyənin yeni növ koronavirus (Covid-19) ilə mübarizəsində son 24 saatda 57 ölüm faktı  qeydə alınıb. Belәliklә ölkәdә virusdan hәyatını itirәnlәrin ümumi sayı 8 min 498  nәfәrә çatıb.

Əldə olunan məlumata əsasən, son 24 saat ərzində 115 min 632 nəfər üzərində müayinə aparılıb. Onlardan 1603  nəfərdə infeksiya aşkarlanıb.

Sağalan 1320  nəfərlə infeksiyaya yoluxanlar arasında indiyədək  286  min 370 nəfər müalicə olunub.



Әlaqәli Xәbәrlәr