R.T.Әrdoğan: ‘‘Qüdsә sahib çıxmaq hәr bir müsәlmanın vәzifәsidir’’

Prezident Әrdoğan Hüda Par tәrәfindәn tәşkil edilәn Beynәlxalq Sәlahәddin Әyyubi Simpoziumu münasibәtilә partiyanın sәdri İshak Sağlama ünvanladığı mәktubda  Qüdsün ikinci Fatehi Sәlahәddin Eyyubini vә qәhraman әsgәrlәrini rәhmәtlә yad etdiyini bildirib.

1502342
R.T.Әrdoğan: ‘‘Qüdsә sahib çıxmaq hәr bir müsәlmanın vәzifәsidir’’

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan bildirib ki, Qüdsә sahib çıxmaq hәr bir müsәlmanın vәzifәsidir.

Prezident Әrdoğan Hüda Par (siyasi partiya) tәrәfindәn tәşkil edilәn Beynәlxalq Sәlahәddin Әyyubi Simpoziumu münasibәtilә partiyanın sәdri İshak Sağlama ünvanladığı mәktubda  Qüdsün ikinci Fatehi Sәlahәddin Eyyubini vә qәhraman әsgәrlәrini rәhmәtlә yad etdiyini bildirib.

‘‘Sәlahәddin Әyyubi: ‘‘Allahın evi işğal altındaykәn Sәlahәddin necә öz evindә yatar’’ deyәn böyük bir komandandı’’,-deyә Rәcәb Tayyib Әrdoğan vurğulayıb.

Әrdoğan  Mehmet Akif Ersoy tərəfindən "Şərqin ən sevilən sultanı" olaraq xarakterizə edilən Səlahəddin Əyyubinin yalnız müsәlmanların qәlbindә deyil, ədaləti, cəsarəti, mərhəməti və qəhrəmanlığı ilə  rәqiblәrinin gözündə də fərqli bir yerə sahib olduğunu vurğulayıb.

Әrdoğan deyib: ‘‘İsrailin işğalını qanuniləşdirən, İsrailin Qüdsü və Fələstin torpaqlarını ilhaq planlarını təsdiqləyən və fələstinli qardaşlarımızın qanuni hüquqlarına әhәmiyyәt vermәyәn  hər hansı bir cəhd Səlahəddin Әyyubinin әmanәtinә xәyanәtdir’’.



Әlaqәli Xәbәrlәr