Ömәr Çelik Şәrqi Aralıq dәnizindәki proseslәri qiymәtlәndirib

Әdalәt vә İnkişaf Partiyasının sözçüsü Ömәr Çelik Yunanıstan ilә araşdırma görüşlәrinin yalnız  şәrtsiz mümkün olduğunu bildirib.

1495565
Ömәr Çelik Şәrqi Aralıq dәnizindәki proseslәri qiymәtlәndirib

 

 

Әdalәt vә İnkişaf Partiyasının sözçüsü Ömәr Çelik Yunanıstan ilә araşdırma görüşlәrinin yalnız şәrtsiz mümkün olacağını bildirib.

Ömәr Çelik partiyasının Mәrkәzi Qәrar vә İcra Heyәtinin iclası davam edәrkәn partiyanın mәrkәzi qәrargahında mәtbuat konfransı tәşkil edib. Çelik Şәrqi Aralıq dәnizindә Yunanıstan ilә yaşanan gәrginliyә toxunaraq deyib:  ‘‘Biz qarşıdurma aparmaq istәyәn dövlәt deyilik. Biz müzakirә vә diplomatiya dövlәtiyik. Fransanın burada regional sülhә töhfә verәcәk bir mövqe nümayiş etdirmәdiyini vә Avropa İttifaqının mövqeyinә uyğun hәrәkәt etmәdiyini görürük. Әksinә Fransa burada xüsusi maraqlarla hәrәkәt edir''.

Ömәr Çelik Yunanıstan ilә araşdırma görüşlәri ilә bağlı qeyd edib ki, Türkiyә baxımından görüşlәrә başlamaq üçün heç bir problem yoxdur. Biri ‘‘öz haqq vә maraqlarından imtina et’’tәlәbini irәli sürәrsә müzakirә aparıla bilmәz. Türkiyә şәrtsiz müzakirәnin tәrәfdarıdır.



Әlaqәli Xәbәrlәr