Türkiyə Aİ-nin sanksiya qərarına reaksiya verdi

Türkiyə "Liviya məsələsindən asılı olaraq bir dənizçilik şirkətinin Avropa İttifaqı (Aİ) tərəfindən sanksiya siyahısına salınmasının bir qiymətinin olmadığını bildirib.

1494862
Türkiyə Aİ-nin sanksiya qərarına reaksiya verdi

Türkiyə "Liviya məsələsindən asılı olaraq bir dənizçilik şirkətinin Avropa İttifaqı (Aİ) tərəfindən sanksiya siyahısına salınmasının bir qiymətinin olmadığını bildirib. 
Xarici İşlər Nazirliyi Aİ Xarici Əlaqələr Şurası toplantısından sonra Liviya məsələsindən asılı olaraq Türkiyənin dənizçilik şirkətlərindən birinin sanksiya siyahısına salınmasına "Bunun bizim üçün heç bir dəyəri yoxdur" ifadələrilə reaksiya verib.
Nazirlik mövzuya dair açıqlamasında Aİ-nin "İrini" əməliyyatının Liviyanın şərqindəki qanunsuz silahlı qüvvələrin başçısı Xəlifə Hafteri mükafatlandırarkən BMT  tərəfindən tanınan Liviya hökumətini cəzalandırdığı vurğulanıb.
"Ölkəmizin qanuni hökumətə etdiyi yardımlar, embarqonun pozulması olaraq xarakterizə edilərkən, BƏƏ başda olmaqla qiyamçı Hafterə Birləşmiş Millətlər Təşkilatının qərarlarına qarşı quru və hava yolu ilə silah göndərən ölkələrə və şirkətlərə məhəl qoymamaq Aİ-nin qərəzli münasibətinin açıq bir göstəricisidir" deyə açıqlamada qeyd edilib.
Açıqlamada o da bildirilib ki, Şərqi Aralıq dənizində gərginliyin azaldılması üçün səy göstərilən bir zamanda belə səhv bir qərarın qəbul edilməsi son dərəcə təəssüf doğurmuşdur. Aİ bölgədə təhlükəsizlik və sabitlik istəyirsə bu qərəzli rəftarı tərk etməlidir və Türkiyə ilə əməkdaşlıq və danışıqları davam etdirməlidir.



Әlaqәli Xәbәrlәr