R.T.Әrdoğan: ‘‘Yunanıstanın atacağı addımlar әhәmiyyәtlidir''
Prezident Әrdoğan Avropa İttifaqı Şurasının sәdri Şarl Mişel vә Almaniya kansleri Angela Merkel ilә görüşüb.
Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan dialoq kanallarının canlandırılmasına dair razılaşmanın necә irәlilәyәcәyi mәsәlәsindә Yunanıstanın atacağı addımların әhәmiyyәtli olduğunu deyib.
Prezident Әrdoğan Avropa İttifaqı Şurasının sәdri Şarl Mişel vә Almaniya kansleri Angela Merkel ilә görüşüb.
Prezident Aparatının mәtbuat xidmәtinin verdiyi mәlumata әsasәn, videokonfrans formatında keçirilәn görüşdә Türliyә-Aİ münasibәtlәri әhatәli şәkildә müzakirә olunub. Şәrqi Aralıq dәnizindәki proseslәrin dә müzakirә olunduğu görüşdә Türkiyә vә Yunanıstanın araşdırma görüşlәrinә başlamağa hazır olduğu ifadә edilib.
Dialoq kanallarının canlandırılmasına dair razılaşmanın necә irәlilәyәcәyi mәsәlәsindә Yunanıstanın atacağı addımların әhәmiyyәtli olduğunu bildirәn Әrdoğan Kıbrıs türklәri daxil olmaqla tәrәflәrin iştirakı ilә tәşkil edilacәk regional konfransda konstruktiv qәrarların qәbul edilәcәyinә inandığını söylәyib.
Әrdoğan bildirib ki, Aİ-nin Türkiyә ilә әmәkdaşlığını güclәndirmәsi regional problemlәrin hәllinә töhfә verәcәk.
Әlaqәli Xәbәrlәr
“Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə əsgəri şəhid oldu
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ...
“Bozdoğan-44” əməliyyatında 4 “narıncı” və “boz” zərərsizləşdirildi
Türkiyənin Daxili işlər naziri Əli Yerlikayanın sosial media hesabından verdiyi açıqlamaya görə ...