M. Çavuşoğlu: ‘‘Aİ-nın Şәrqi Aralıq dәnizi ilә bağlı mövqeyi beynәlxalq hüquq normalarına ziddir’’

Mövlud Çavuşoğlu videokonfrans  vasitәsilә Avropa Parlamentinin Xarici Әlqәlәr Komitәsindә Şәrqi Aralıq dәnizindәki proseslәri qiymәtlәndirib.

1488569
M. Çavuşoğlu: ‘‘Aİ-nın Şәrqi Aralıq dәnizi ilә bağlı mövqeyi beynәlxalq hüquq normalarına ziddir’’

 

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Avropa İttifaqının Şərqi Aralıq dənizindəki bir tərəfin iddialarını müdafiə edərək beynəlxalq məhkəmə kimi hәrәkәt etdiyinә diqqәt çәkәrәk deyib: ‘‘Avropa İttifaqının Şәrqi Aralıq dәnizi ilә bağlı mövqeyi beynәlxalq hüquq normalarına ziddir’’.

Mövlud Çavuşoğlu videokonfrans  vasitәsilә Avropa Parlamentinin Xarici Әlqәlәr Komitәsindә Şәrqi Aralıq dәnizindәki proseslәri qiymәtlәndirib.

Türkiyә-Aİ münasibәtlәrinin mükәmmәl bir dövrdә olmadığına diqqәt çәkәn Çavuşoğlu bildirib ki, bu vәziyyәt bizim sәmimi şәkildә dialoq qurmağımıza maneә törәtmәmәlidir.

Türkiyәnin  Şәrqi Aralıq dәnizi ilә bağlı siyasәtinin iki mәrhәlәdәn ibarәt olduğuna diqqәt çәkәn Mövlud Çavuşoğlu deyib: ‘‘Birinci mәrhәlә Şәrqi Aralıq dәnizindә sәlahiyyәt sahәsinin mәhdudlaşdırılması ilә bağlıdır. Türkiyә başda Yunanıstan olmaqla  Şәrqi Aralıq dәnizinin sahil dövlәtlәri ilә müzakirәlәr aparmağa hәr zaman hazırdır. Türkiyәnin Şәrqi Aralıq dәnizi ilә bağlı yürütdüyü siyasәtin ikinci mәrhәlәsi isә Kıbrısdakı Türklәrin hüquqlarını müdafiә etmәklә bağlıdır. Kıbrısdakı türklәr  adadakı yunanlarla bәrabәr hüquqlara malikdirlәr’’.

 



Әlaqәli Xәbәrlәr