Türkiyә Mәrakeşin Liviya mәsәlәsindә mövqeyini alqışlayır

Türkiyә Mәrakeşin  Liviyadakı  böhranın hәll edilmәsi  mәsәlәsindәki konstruktiv mövqeyini alqışladığını bildirib.

1487257
Türkiyә Mәrakeşin Liviya mәsәlәsindә mövqeyini alqışlayır

 

Türkiyә Mәrakeşin  Liviyadakı  böhranın hәll edilmәsi  mәsәlәsindәki konstruktiv mövqeyini alqışladığını bildirib.

Xarici İşlәr Nazirliyinin sözçüsü Hami Aksoy Mәrakeşin  Buznika şәhәrindә keçirilәn Liviya Dialoq Toplantısı ilә bağlı deyib: ‘‘Mәrakeşin  Liviyadakı  böhranın hәll edilmәsi  mәsәlәsindәki konstruktiv mövqeyini alqışlamalıyıq’’.

Hami Aksoy qeyd edib ki, Türkiyә başdan bәri Liviyadakı böhranın BMT Tәhlükәsizlik Şurasının qәrarları çәrçivәsindә vә liviyalılar arasında aparılacaq siyasi proseslә hәll edilәcәyini  vurğulayıb.

Türkiyәnin Mәrakeşdә keçirilәn toplantını yaxından tәqib etdiyini bildirәn Hami Aksoy Mәrakeşin daha әvvәl dә ‘‘Liviya Siyasi Saziş’’lә әlaqәdar keçirilәn görüşlәrә ev sahibliyi etdiyini ifadә edәrәk: ‘‘Türkiyә bu görüşlәri dәstәklәmişdi vә cәnab Mövlud Çavuşoğlu sazişin imza mәrasimindә iştirak etmişdi. Mәrakeşin  Liviyadakı  böhranın hәll edilmәsi  mәsәlәsindәki konstruktiv mövqeyini alqışlamalıyıq’’ deyib.



Әlaqәli Xәbәrlәr