Ömәr Çelik gündәmdәki aktual mәsәlәlәri qiymәtlәndirib

Ömәr Çelik prezident Rәcәb Tayyib Әrdoğanın sәdrliyi ilә keçirilәn Әdalәt vә İnkişaf Partiyasının Mәrkәzi İcra Şurasının yığıncağı davam edәrkәn tәşkil edilәn mәtbuat konfransında gündәmdәki aktual mәsәlәlәri qiymәtlәndirib.

1483138
Ömәr Çelik gündәmdәki aktual mәsәlәlәri qiymәtlәndirib

 

Әdalәt vә İnkişaf Partiyasının sözçüsü Ömәr Çelik prezident Rәcәb Tayyib Әrdoğanın sәdrliyi ilә keçirilәn Әdalәt vә İnkişaf Partiyasının Mәrkәzi İcra Şurasının yığıncağı davam edәrkәn tәşkil edilәn mәtbuat konfransında gündәmdәki aktual mәsәlәlәri qiymәtlәndirib vә jurnalistlәrin suallarını cavablandırıb.

‘‘Yunanıstan Şәrqi Aralıq dәnizindәki pirat dövlәtidir. Fәaliyyәtlәrimizi dәnizdibi әrazimizdә hәyata keçiririk. Mavi vәtәn mәsәlәsindә sonradan üzr istәnәcәk bir addımın üzrünü qәbul etmәyәcәyimizi indidәn ifadә edirәm.Fransızların oraya tәyyarә gәtirmәklә ya da Cәnubi Kıbrısla birgә  tәlim keçirmәklә әldә edәcәyi heç bir şey yoxdur’’,-deyә Ömәr Çelik vurğulayıb.



Әlaqәli Xәbәrlәr