Hulusi Akar liviyalı hәmkarı ilә görüşüb

Bu barәdә Milli Müdafiә Nazirliyindәn verilәn bәyanatda bildirilib.

1483126
Hulusi Akar liviyalı hәmkarı ilә görüşüb

 

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar Liviya müdafiә naziri Sәlahәddin Namruşla görüşüb.

Bu barәdә Milli Müdafiә Nazirliyindәn verilәn bәyanatda bildirilib. Bәyanatda vurğulanıb ki, Hulusi Akar hәmkarını hәrbi mәrasimlә qarşılayıb.

Nazirlәr heyәtlәr arasında baş tutan görüşlәrә sәdrlik ediblәr.

Görüşlәrdә Hulusi Akar Türkiyәnin liviyalı qardaşlarına hәrbi vә tәhlükәsizlik sahәlәrindә tәlim keçmәyә davam edәcәyini bildirib.

Bәyanatda bu ifadәlәrә yer verilib: ‘‘Görüşdә nazir  Hulusi Akar Namruşa Türkiyәnin liviyalı qardaşlarına  hәrbi vә tәhlükәsizlik sahәlәrindә tәlim keçmәyә davam edәcәyini bildirib. Akar sülh vә daimi sabitliyin tәmin olunması mәqsәdilә BMT tәrәfindәn tanınan Liviyadakı qanuni hökumәtin yanında olduqlarını söylәyib. Nazir Akar ‘‘Liviya liviyalılarındır’’ deyәrәk Türkiyәnin әrazi bütövlüyü ilә siyasi birliyi tәmin olunmuş, liviyalıların tamamını qucaqlayan müstәqil  vә suveren  Liviyanı dәstәklәdiyini ifadә edib’’.

Qeyd edәk ki, görüşlәrdә Türkiyә Silahlı Qüvvәlәrin Baş Qәrargah rәisi Yaşar Gülәr dә iştirak edib.



Әlaqәli Xәbәrlәr