Mardindә ‘‘Yıldırım-8 Suvar’’ әmәliyyatına start verilib

Bu barәdә Daxili İşlәr Nazirliyindәn verilәn mәlumatda bildirilib.

1482557
Mardindә ‘‘Yıldırım-8 Suvar’’ әmәliyyatına start verilib

 

Türkiyәnin Mardin şәhәrindә ‘‘Yıldırım-8 Suvar’’ әmәliyyatına start verilib.

Bu barәdә Daxili İşlәr Nazirliyindәn verilәn mәlumatda bildirilib. Mәlumata әsasәn, әmәliyyatda 1831 hәrbi personal vә 122 әmәliyyat komandası iştirak edir.

Nazirlikdәn bildirilib ki, separatçı terror tәşkilatını ölkәnin gündәmindәn çıxarmaq  vә bölgәdәki terrorçuların zәrәsizlәşdirilmәsi mәqsәdilә Mardindә ‘‘Yıldırım-8 Suvar’’ әmәliyyatına start verilib.

Qeyd edәn ki, ‘‘Yıldırım- 1,2,3,4,5,6,7’’ әmәliyyatları nәticәsindә indiyәdәk 38 terrorçu zәrәsizlәşdirilib, 63 mağara ilә anbar mәhv edilib vә terrorçulara mәxusus çox sayda silah әlә keçirilib.



Әlaqәli Xәbәrlәr