Türkiyə terrorla mübarizəsinə yardım üçün Somaliyə 12 zirehli texnika göndərib

Türkiyə Somalinin terror təşkilatı əş-Şababla mübarizəsini dəstəkləmək üçün 12 zirehli texnika göndərib.

1480627
Türkiyə terrorla mübarizəsinə yardım üçün Somaliyə 12 zirehli texnika göndərib

Türkiyə Somalinin terror təşkilatı əş-Şababla mübarizəsini dəstəkləmək üçün 12 zirehli texnika göndərib.
Somalinin paytaxtı Moqadişuya gələn 12 zirehli texnika mərasimlə səlahiyyətlilərə təhvil verilib.
Mərasimdə Türkiyənin Mogadişudakı səfiri Mehmet Yılmaz, Somalinin Müdafiə naziri Həsən Əli Məhəmməd, Somalinin Baş Qərargah rəisi Yusuf Odava Rageh və çox sayda adam iştirak edib.
Səfir Yılmaz verdiyi açıqlamada Türkiyənin Somalini hər sahədə dəstəkləməyə davam edəcəyini söyləyib.
Müdafiə naziri Məhəmməd də Türkiyədən gələn texnikanın əş-Şababa qarşı əməliyyata kömək edəcəyini vurğulayıb.
Baş qərargah rəisi Rageh alınan yardım səbəbiylə Türkiyəyə təşəkkürlərinibildirib: "Bu gün qardaş və dost ölkəmiz Türkiyədən gələn müasir zirehli maşınları təpcil almaq üçün buradayıq. Ölkəmizə və ordumuza verdiyi dəstəyə görə çox sağ olun" deyib.



Әlaqәli Xәbәrlәr