Mövlud Çavuşoğlu vә Hayko Maas birgә mәtbuat konfransında çıxış ediblәr

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu  Türkiyәyә rәsmi sәfәr edәn Almaniya xarici işlәr naziri Hayko Maas ilә keçirdiyi görüşdәn sonra tәşkil edilәn birgә mәtbuat konfransında çıxış edib.

1479106

Çıxışı zamanı Şәrqi Aralıq dәnizindәki proseslәrә toxunan Mövlud Çavuşoğlu deyib: ‘‘Şәrqi Aralıq dәnizindә gәrginliyin sәviyyәsini artıran biz deyilik. Yunanıstandır, Yunan icmasıdır. Yunanıstan bu addımlarından әl çәkmәlidir. Yunanıstan  özünü Türk donanmasının önünә atmaya çalışan ölkәlәri dinlәmәsin. Qonşuyuq. Biz paylaşmağı bilirik’’.

Hayko Maas isә öz növbәsindә bildirib ki, Şәrqi Aralıq dәnizindә gәrginliyin artması nә Avropa ittifaqının, nә Yunanıstanın, nә dә Türkiyәnin faydasınadır.Şәrqi Aralıq dәnizindәki vәziyyәti müzakirә etdik. Bu mәsәlә yalnız Avropa İttifaqını deyil, NATO-nu da maraqlandırır. Vәziyyәt kritikdir. Problem diplomatik yolla hәll edilәcәk.

Әlaqәli Xәbәrlәr