"Avropa İttifaqı bu çağırışlarını Yunanıstan və Cənubi Kıbrıs Rum icmasına etməlidir"

Türkiyə Avropa İttifaqının (Aİ) təmkinli olmaqla bağlı çağırışlarını Yunanistan və Kıbrıs (Kipr) Rum İdarəsinə etməsinin lazım olduğunu bildirib.

1476547
"Avropa İttifaqı bu çağırışlarını Yunanıstan və Cənubi Kıbrıs Rum icmasına etməlidir"

Türkiyə Avropa İttifaqının (Aİ) təmkinli olmaqla bağlı çağırışlarını Yunanistan və Kıbrıs (Kipr) Rum İdarəsinə etməsinin lazım olduğunu bildirib.
Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Avropa İttifaqının Şərqi Aralıq dənizində sülh, rifah və sabitliyi hədəfləyən prosesin bir hissəsi olmaq istəyəcəyi təqdirdə obyektiv və dürüst olmasının vacibliyini bildirərək təmkinli olmaqla bağlı çağırışlarını Yunanıstana və Cənubi Kıbrıs Rum Rəhbərliyinə etməsinin lazım gəldiyini qeyd edib. 
Aksoy Aİ Şurasının 19 avqustda keçirilən video-konfransının sonunda yayılan bəyanatla bağlı suala verdiyi cavabda deyib:
"Bu açıqlama Şuranın iki üzv ölkəsinin istiqamətləndirməsi və şantajlarının əsiri olduğunu bir daha təsdiqlədi. Aİ Şərqi Aralıq dənizində sülh, rifah və sabitliyi hədəfləyən prosesin bir hissəsi olmaq istəyirsə, obyektiv və dürüst olmalıdır. Çağırışlar Türkiyənin maraqlarına zərər verən və gərginliyi artıran əsas tərəflər olan Yunanıstana və Kıbrıs Rum Rəhbərliyinə edilməlidir. Problemlərin davamlı olaraq həll edilməsi üçün yaxşı qonşuluq əlaqələri və beynəlxalq hüquq çərçivəsində müzakirə edilməli olduğunu vurğulayan Türkiyə haqlarından imtina etmədən özünə doğru atılan müsbət addımlara cavab verməyə davam edəcəkdir".



Әlaqәli Xәbәrlәr