Milli Müdafiə Nazirliyi: Liviyada minaların təmizlənməsi işləri davam edir

Türkiyə Silahlı Qüvvələri heyəti Hafter tərəfdarı milislər tərəfindən yerləşdirilmiş mina, əl istehsalı partlayıcı və partlamamış silah-sursatın məhv edilməsi işlərini davam etdirir.

1475881
Milli Müdafiə Nazirliyi: Liviyada minaların təmizlənməsi işləri davam edir

Milli Müdafiə Nazirliyi Liviyanın şərqindəki qanunsuz silahlı qüvvələrin başçısı Xəlifə Hafter və silahlıları tərəfindən yerləşdirilmiş mina və əl istehsalı partlayıcı maddələrin və partlamamış hərbi silah-sursatın məhv edilməsi işlərinin davam etdiyini bildirib.
Nazirliyin "Twitter"hesabından etdiyi paylaşmada Türkiyə Silahlı Qüvvələri heyətinin Hafter tərəfdarı milislər tərəfindən yerləşdirilmiş mina, əl istehsalı partlayıcı və partlamamış silah-sursatın məhv edildiyi görüntülər yer alıb.
Paylaşma "Qıyamçı Hafter və onun milisləri tərəfindən yerləşdirilmiş mina və əl istehsalı partlayıcılar ilə partmamamış silah-sursatın məhv edilməsi işi davam edir.  Liviyadakı mütəxəssis heyətimiz fədakarcasına işləyərək mülki şəxslərə böyük təhlükə yaradan mina və əl istehsalı partlayıcıları  təmizləyir" ifadələri işlədilib.



Әlaqәli Xәbәrlәr