Türkiyə ilə Haiti arasında 7 ayrı saziş imzalanıb

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Haitiyə rəsmi səfəri çərçivəsində həmkarı Klod Jozef ilə görüş keçirib.

1474630
Türkiyə ilə Haiti arasında 7 ayrı saziş imzalanıb

"Haiti ilə əhəmiyyət kəsb edən 7 müqavilə imzalandığı üçün xoşbəxtəm".
Bunu Xarici İşlər naziri Mövlud Çavuşoğlu Haitiyə rəsmi səfəri çərçivəsində həmkarı Klod Jozef ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Haitiyə ilk dəfə səfər etməkdən məmnun olduğunu dilə gətirən Çavuşoğlu həmkarı Jozefə səmimi qonaqpərvərliyə görə təşəkkür edib.
Haiti Prezidenti Jovenel Moise tərəfindən qəbul edildiyini bildirən Çavuşoğlu Prezident Rəcəb Tayyib Ərdoğanın ən xoş arzularını ona çatdırdığını deyib.
Çavuşoğlu təxminən 5 həftə əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan və Moise arasında telefon danışığının baş tutduğunu ifadə edərək, "Prezidentlərimiz ikitərəfli münasibətlərimiz üçün önəmli hədəflər müəyyənləşdirdilər və buna nail olmaq üçün əziz dostum Klodla birlikdə çalışacağıq. Mümkün olan bütün sahələrdə, xüsusən də iqtisadi sahədə münasibətlərimizin genişlənməsini gözləyirik" deyib.
Nazir Çavuşoğlu həmkarı ilə görüşündə enerji, tikinti, bərpa olunan enerji və digər xidmətlər və regional layihələrə də toxunduqlarını vurğulayıb.
İki ölkə arasında qarşılıqlı səfərləri davam etdirəcəklərinə diqqət çəkən Çavuşoğlu bu səfərlərin prezidentlər və nazirlər səviyyəsində reallaşmasını arzuladıqlarını da dilə gətirib.
Səfər zamanı "Xarici İşlər Nazirlikləri arasında Siyasi Müşavirə Mexanizmi qurulmasına dair Anlaşma Memorandumu", "Xarici İşlər Nazirlikləri Diplomatik Akademiykləri arasında Anlaşma Memorandumu" ilə Haiti və Türkiyə arasında "Fövqəladə Halların İdarə Olmasına dair Anlaşma Memorandumu", "İqtisadi Əməkdaşlıq Sazişi", "Mədəni Əməkdaşlıq Sazişi" , "Arxiv sahəsində Əməkdaşlıq Protokolu" və "Texniki Əməkdaşlıq Anlaşma Memorandumu" imzalanıb.



Әlaqәli Xәbәrlәr