Moldova prezidenti Türkiyəyə təşəkkür edib

Moldova prezidenti İqor Dodon yeni növ koronavirus infeksiyası ilə mübarizə üçün verdiyi dəstəyə görə Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

1474624

Dodon "Facebook" vasitəsilə etdiyi şərhdə Dünya Bankının dəstəyi ilə Türkiyədən 50 dənə süni tənəffüz cihazı aldıqlarını söyləyib.
İqor Dodon "Prezident Ərdoğana buna icazə verdiyinə görə təşəkkür edirəm" ifadəsini işlədib.
İlkin ödənişi verdiklərini, qalan ödənişlərin isə irəli tarixlərdə olacağını vurğulayan Dodon "Covid-19" epidemiyası ilə mübarizədə verdiyi dəstəyə görə Türkiyəyə minnətdar olduğunu söyləyib.
İqor Dodon Xarici İşlər naziri Mövlud Çavuşoğlunun gələn həftə Moldovaya səfər edəcəyi ilə bağlı məlumat da verib.
Qeyd edək ki, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), epidemiyaya qarşı mübarizə çərçivəsində Moldovaya tibbi avadanlıqlar verib.

Әlaqәli Xәbәrlәr