Hulusi Akar və Yaşar Güler Liviyada səfərdədirlər

Milli Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər Mitiga hava limanında hərbi mərasimlə qarşılanıblar.

1474348
Hulusi Akar və Yaşar Güler Liviyada səfərdədirlər

Milli Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər ilə Təhlükəsizlik, Hərbi Əməkdaşlıq Anlaşma Memorandumu çərçivəsində göstərilən fəaliyyətləri araşdırmaq üçün Liviyanın paytaxtı Trablusa səfər ediblər.
Nazir Akar və general Gülərin səfəri səbəbiylə Mitiga hava limanında hərbi mərasim təşkil edilib.
BMT tərəfindən rəsmiyyətdə tanınan qanuni Liviya Hökumətinin Müdafiə nazirinin müavini Səlahəddin en- Nemruş, Baş Qərargah rəisi general-leytenant Məhəmməd əş-Şərif ilə birlikdə Türkiyənin Trablusdakı səfiri Serhat Aksen və digər Türk Liviya səlahiyyətliləri tərəfindən qarşılanan  Akar əsgərləri salamlayıb.
Mərasimdən sonra nazir Akar və Baş qərargah rəisi Gülər müqavilə çərçivəsində qurulan Müdafiə Təhlükəsizlik Əməkdaşlıq və Təlim Yardım Müşavir Komandanlığına gəliblər.



Әlaqәli Xәbәrlәr