Hulusi Akar Sidiki Kabanı qәbul edib

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar Seneqal Silahlı Qüvvәlәr naziri Sidiki Kaba ilә görüşüb.

1471827
Hulusi Akar Sidiki Kabanı qәbul edib

 

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar Seneqal Silahlı Qüvvәlәr naziri Sidiki Kaba ilә görüşüb.

Bu barәdә Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib. Hulusi Akarın Sidiki Kabanı hәrbi mәrasimlә qarşıladığı bildirilib.

Tәkbәtәk keçirilәn görüşdәn sonra nazir Akar vә Kaba heyәtlәr arası görüşә sәdrlik ediblәr.

Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi Yaşar Gülәr ilә Seneqal Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi Birame Diopun da iştirak etdiyi görüşdә  açılış nitqi ilә çıxış edәn Hulusi Akar deyib: ‘‘Prezidentlәrimiz çәrçivәni müәyyәn etdilәr, bizim üzәrimizә düşәn  bu çәrçivә içәrisindәki ortaq tariximiz vә ortaq dәyәrlәrimizә diqqәt yetirәrәk әlaqәlәrimizi inkişaf etdirmәkdir’’.

Gәnclәrә yatırılan  investisiyanın әhәmiyyәtinә diqqәt çәkәn  Hulusi Akar deyib: ‘‘Hәr iki tәrәfin dә bir-birlәrinin tәcrübәsindәn faydalanması çox әhәmiyyәtlidir’’.

Görüşdә iki ölkә arasındakı müdafiә vә tәhlükәsizlik mәsәlәlәri әtrafında fikir mübadilәsi aparılıb.



Әlaqәli Xәbәrlәr