Terrorla mübarizə davam edir

Pəncə-Qaplan əməliyyatı çərçivəsində İraqın şimalında terror təşkilatı PKK üzvü olan 5 terrorçu zərərsizləşdirilib.

1470978
Terrorla mübarizə davam edir

Pəncə-Qaplan əməliyyatı çərçivəsində İraqın şimalında terror təşkilatı PKK üzvü olan 5 terrorçu zərərsizləşdirilib.
Terrorla mübarizə qətiyyətli şəkildə davam edir.
Pəncə-Qaplan əməliyyatı çərçivəsində terror təşkilatına dalbadal zərbələr endirilir.
Milli Müdafiə Nazirliyinin (MSB) verdiyi açıqlamada bildirilib ki,  Pəncə-Qaplan əməliyyatı çərçivəsində İraqın şimalındakı Haftanin və Avaşin bölgələrində hava hücumu təşkil edildi. Haftanində aşkarlanan 3 PKK və Avaşində 2 terrorçu zərərsizləşdirildi.
Digər tərəfdən, Milli Müdafiə Nazirliyi Zeytun Budağı əməliyyatı bölgəsində 19 və Sülh Çeşməsi əməliyyatı bölgəsində isə 2 PKK/YPG terrorçusu nəzarətə alınıb. Daxili İşlər Nazirliyi Vilayət Jandarma Komandanlığı tərəfindən Vanın Çatak qəsəbəsi ərazilərində keçirdiyi əməliyyatda 2 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
Suriyanın şimalında bölücü terror təşkilatının PYD/YPG-nin təşkilatlanmasında silahlı fəaliyyətlər göstərən bir terrorçu Şırnakın Cizre qəsəbəsində təslim olub.



Әlaqәli Xәbәrlәr