“Sky News”: Türkiyənin tibb işçiləri virusun təqibində bir dedektiv kimi çalışır

“Sky News”un müxbiri Aleks Krouford (Alex Crawford) "Türkiyənin “Covid-19” dedektivləri" başlıqlı məqaləsində Türkiyə sağlıq sektorunda çalışanların “Covid-19” epidemiyasıyla mübarizədə gərgin əmək sərf etdiklərindən bəhs olunur

1467514
“Sky News”: Türkiyənin tibb işçiləri virusun təqibində bir dedektiv kimi çalışır
Hacettepe hastanesi_02.jpg

 

  İngiltərənin “Sky News” informasiya agentliyi Türkiyənin yeni tip korona virusu (Covid-19) ilə mübarizədə əldə eldiyi uğurlara diqqət çəkərək Türkiyə tibb işçilərinin xəstəliyin təqibində bir dedektiv kimi çalışdıqlarından yazıb.

  “Sky News”un müxbiri Aleks Krouford (Alex Crawford) "Türkiyənin “Covid-19” dedektivləri" başlıqlı məqaləsində Türkiyə sağlıq sektorunda çalışanların “Covid-19” epidemiyasıyla mübarizədə gərgin əmək sərf etdikləri vurğulanaraq minlərlə izləmə qrupunun xəstələri hər gün yoxladıqları, onların 2 həftəlik keçmişlərini araşdıraraq əlaqə yaratmalarından bəhs olunur: "Türkiyədə 16 min 300 tibb işçisi “Covid-19” xəstələrini, yaxınlarını, iş yoldaşlarını və qohumlarını bir dedektiv kimi izləyir.

  “Covid-19” əlaməti olanlar təcili test edilir, yüngül şəkildə müşahidə olunan xəstələrin belə müalicəsi sürətlə başlanır.

  Türkiyədə son 4 həftədə yoluxma sayı xəstə rəqəmlərindən daha azdır. Ölkədə milyonlarla adam “Covid-19” testindən keçib.

  Türkiyə tətbiq etdiyi müalicə üsullarıyla epidemiyaya qarşı uğurlu nəticələr qazanır və bütün bu sağlıq xidmətlərini pulsuz edir.

  “Covid-19” tədbirləri çərçivəsində İstanbulda çox qısa müddətdə lüks xəstəxanalar da tikilib”.



Әlaqәli Xәbәrlәr