Hakkari çölündəki hava dəstəkli əməliyyatda daha bir terrorçu zərərsizləşdirildi

Türkiyənin Milli Müdafiə Nazirliyindən edilən şərhdə isə Suriyada “Sülh çeşməsi” bölgəsində bölücü terror təşkilatı PKK/YPG üzvlərinin zərərsizləşdirildiyi yazılıb...

1462024
Hakkari çölündəki hava dəstəkli əməliyyatda daha bir terrorçu zərərsizləşdirildi

 

  Türkiyənin Hakkari çölündə reallaşdırılan hava dəstəkli əməliyyatda 1 terrorçu zərərsizləşdirildi.

  Ölkənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, daxili təhlükəsizlik əməliyyatları çərçivəsində Hakkari çölündə rayon jandarma komandanlığı və təhlükəsizlik xidməti qrupları tərəfindən hava dəstəkli əməliyyat reallaşdırılıb. Əməliyyat zamanı 1 terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyatlar davam edir.

  Türkiyənin Milli Müdafiə Nazirliyindən edilən şərhdə isə Suriyada “Sülh çeşməsi” bölgəsində bölücü terror təşkilatı PKK/YPG üzvlərinin zərərsizləşdirildiyi yazılıb. Məlumatda bildirilir: "Bölgədə hər cür tədbir görən qəhrəman qruplarımız daha bir hücum cəhdini önləyərək 3 PKK/YPG terrorçunu təsirsiz hala gətirib."



Әlaqәli Xәbәrlәr