Ayasofyanın yenidən ibadətə açılması münasibətilə xüsusi xatirə pulu

Türkiyə Xəzinə və Maliyyə Nazirliyinə bağlı zərbxanadan verilən məlumata görə

1461270
Ayasofyanın yenidən ibadətə açılması münasibətilə xüsusi xatirə pulu

 

  Ayasofya məscidinin yenidən ibadətə açılması münasibətilə xüsusi xatirə pulu basıldı.

  Türkiyə Xəzinə və Maliyyə Nazirliyinə bağlı zərbxanadan verilən məlumata görə, tədavülə buraxılan 1 liralıq qəpiklərin arxa üzünə Ayasofya məscidinin (Ayasofya-i Kebir Cami-i Şerifi) şəkli basılıb və 24 iyuldan dövriyyəyə buraxılıb.

  Ən çox 5 min dənə gümüş və 10 min dənə bürünc Ayasofya xatirə pulu basılıb.

  Gümüş xatirə pullarını 185 TL, bürünc xatirə pullarnı isə 55 TL qarşılığında sertifikatları ilə birlikdə İstanbulun Beşiktaş rayonunda zərbxana idarəsindəki (Darphane ve Damga Matbaası Genel Müdürlüğü) mağaza və internet üzərindən qurumun e-mağazasından almaq mümkündür.

  Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak “twitter”dən etdiyi paylaşmada yazıb: "Zərbxanamız tərəfindən basılan #AyasofyaCamii xüsusi pulumuzla tarixə daha bir xatirə buraxırıq".



Әlaqәli Xәbәrlәr