Ayasofya məscidi 86 il sonra yenidən ibadətə açıldı

Ayasofya məscidi 86 il sonra bu gün qılınan cümə namazı ilə yenidən ibadətə açıldı.

1461315
Ayasofya məscidi 86 il sonra yenidən ibadətə açıldı
afganistan.jpg
ayasofya.jpg
erdogan.jpg
ali erbas.jpg

Ayasofya məscidi 86 il sonra bu gün qılınan cümə namazı ilə yenidən ibadətə açıldı.
Prezident Rəcəb Tayyib Ərdoğan ibadətə açılan Ayasofya Kəbir Şərif məscidinə gəlib.
Ərdoğan cümə namazından əvvəl Quran oxuyub.
Ayasofya meydanına gələn Ərdoğan vətəndaşların alqış və sevgi nümayişi ilə qarşılanıb.
Namaz qılmaq üçün meydanları dolduranlar Ərdoğanın meydana girməsilə müxtəlif şüarlar səsləndiriblər.
Ərdoğanı Prezident Aparatı Mətbuat Xidmətinin rəhbəri Fəxrəddin Altun müşayiət edib.
Din İşləri üzrə İdarənin rəhbəri Əli Erbaş tərəfindən qarşılanan prezident Ərdoğan cümə namazı üçün Ayasofyaya daxil olub.
Prezidentin köməkçisi Fuad Oqtay Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və Milliyyətçi Hərəkət Partiyasının (MHP) sədri Devlet Bahçeli Ayasofya məscidinə gəliblər.
Prezident Erdoğan Din İşləri üzrə İdarənin məsciddə təşkil etdiyi proqramda oxunan Quran ayələrini dinləyib.
Daha sonra 4 müəzzin birlikdə Ayasofya Kəbir Şərif məscidinin 4 minarəsində səla oxuyular.
Minarələrdən deyilən səlalardan sonra prezident Ərdoğan Fatihə surəsi və Bəqərə surəsinin ilk 5 ayəsini səsləndirib.
Camaat Din İşləri üzrə İdarənin rəhbəri Əli Erbaşın müşayiətində dua edib. Sünnət namazından sonra xütbə oxuyan Əli Erbaşı fərz namazını qılıb. 
İbadət üçün məscidin açılması sosial media platformalarında edilən paylaşmalarla da gündəmdə idi.
Sosial media istifadəçilərinin #AyasofyaCamii etiketi olan paylaşmaları "Twitter"də birinci yerdədir.
Açılış tədbiri sosial media platformalarında eləcə də televiziya kanallarında canlı yayımlanıb.
Proqram eyni zamanda Prezident Rəcəb Tayyib Ərdoğanın şəxsi sosial media hesablarından və Ayasofya Kəbir Şərifi məscidi adına açılan rəsmi "Twitter" hesabından izlənilib.

Ayasofyada qılınan cümə namazından sonra prezident Ərdoğan və MHP-nin sədri Devlet Bahçeli Fateh Sultan Mehmet Xanın məzarını ziyarət ediblər.
Prezident Ərdoğan burada verdiyi açıqlamada "İndi bu yer əvvəlki vəziyyətinə qayıtdı, məscid yenidən məscid oldu. İndi əbədiyyətə qədər bütün möminlərə məscid olaraq xidmət göstərməyə davam edəcəyinə ümid edirəm" deyib.
Ərdoğan Ayasofya Kəbir Şərif məscidinin bütün bəşəriyyətin mədəni irsi olaraq bütün dinlərdən insanların gəlib gəzə və  ziyart edə biləcəkləri bir yer olduğunu ifadə edib.



Әlaqәli Xәbәrlәr