“İnterpol”un axtardığı şübhəli MİT tərəfindən tutuldu

MİT və Kilis Rayon Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsinin qrupları Kilisin Akıncı kəndi ilə Suriya sərhəd xəttində təşkil etdikləri əməliyyatla o adamı nəzarətə götürüblər.

1457291
“İnterpol”un axtardığı şübhəli MİT tərəfindən tutuldu

 

  Terror təşkilatı DAEŞ-in üzvü olaraq “İnterpol” (Beynəlxalq Polis Təşkilatı) tərəfindən qırmızı bülletenlə axtarılan şübhəli - Fransa vətəndaşı Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) və təhlükəsizlik xidmətinin ortaq əməliyyatıyla Kilisin Suriya sərhəd xəttində tutulub.

  Suriyadakı qarşıdurma bölgələrindən bir terrorçunun qeyri-qanuni yollarla Türkiyəyə girəcəyi məlumatını alan təhlükəsizlik qüvvələri Kilis Rayon Baş Prokurorluğunun koordinasiyası ilə işə başlayıb. MİT və Kilis Rayon Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsinin qrupları Kilisin Akıncı kəndi ilə Suriya sərhəd xəttində təşkil etdikləri əməliyyatla o adamı nəzarətə götürüblər.

  Şübhəlinin Fransa vətəndaşı O.G. olduğu və “İnterpol” tərəfindən qırmızı bülletenlə axtarıldığı müəyyən olunub.

  Nəzarətə alınan şübhəli ilə bağlı istintaq başlayıb.



Әlaqәli Xәbәrlәr